İsveçrə çempionatında 15-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Sent Qallen"lə qarşılaşıb və 2:1 hesabıyla məğlub olub

Renat Dadaşov matça start heyətdə başlayıb və 54-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 15 turdan sonra 17 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində yer alıb.