Uruqvayın "Nasyonal" komandasında çıxış edən Luis Suaresin yeni klubu bəlli olub.
Offsideplus.az RAC1-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ABŞ təmsilçisi "Los-Anceles Qalaksi"yə keçəcək.
Qeyd edək ki, Luis Suaresin klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. O, cari mövsüm bütün turnirlərdə 16 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Uruqvaylı futbolçu karyerası ərzində "Ayaks" (2007-2011), "Liverpul" (2011-2014), "Barselona" (2014-2020) və "Atletiko Madrid" (2020-2022) klublarında çıxış edib.