Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi  “Şalke”nin əvəzedici komandası öz meydanında "Videnbruk"la üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin sabiq üzvü də bu görüşdə iştirak edib. O, 55-ci dəqiqədə meydana çıxıb.
 
Qeyd edək ki, “Şalke -2” hazırda 21 xalla 18 kollektiv arasında arasında 6-cı pillədə yer alıb.