Malta millisinin baş məşqçisi Devis Manca vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin oyunçulara qarşı cinsi təcavüzdə ittiham edilməsi olub. Bu barədə Malta Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Özünü müdafiə etmək üçün şans verilən D.Mancanın məsələsi araşdırılacaq.
Qeyd edək ki, o, 2019-cu ildən Malta millisinin baş məşqçisidir.