Bu yay “Beşiktaş”dan azad agent kimi ayrılan serbiyalı futbolçu Adem Lyayiçin yeni iş yeri bəlli olub.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu yenidən Türkiyə Super Liqasında mübarizə aparacaq.
O, “Fatih Karagümrük”lə 1.5 illik müqavilə bağlayıb. Müqavilənin 2023-cü ilin yanvar ayından qüvvəyə minəcəyi bildirilir.