Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu özü açıqlama verib. "Parma"nın hücumçusu peşəkar karyerasını bitirdiyini bildirib.
Qeyd edək ki, Qoran Pandev karyerası ərzində "İnter", "Spetsia", "Ankona", "Latsio", "Napoli", "Qalatasaray" və "Cenoa"da çıxış edib. Təcrübəli oyunçu Şimali Makedoniya milli komandasının heyətində meydana çıxdığı 122 matçda 39 qol vurub.