UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində "Qəbələ"nin Xorvatiyada "Hayduk" ilə keçirəcəyi ilk oyun üçün təyinatlar məlum olub.

Offsideplus.az xəbər verir ki, oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi David Smaytsa olacaq.  Ona laysmanlar David Qobrovets və Tomaj Tserne kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

Qeyd edək ki, senyabrın 12-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Cavab matçı isə oktyabrın 4-də Qəbələdə baş tutacaq.