Mario Balotelli Türkiyənin "Adana Demirspor" klubunda ayrılır. 

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını İsveçrənin "Sion" klubunda davam etdirəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Futbolçu və İsveçrə təmsilçisi arasında anlaşma əldə edilsə də, hələ ki, müqavilə imzalanmayıb. İtaliyalı oyunçu bu gün  yeni klubunda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə "Adana Demirspor"da çıxış edir.