"Sevilya" klubunun futbolçusu zədələnib.
Offsideplus.az xəbər verir ki, Xesus Korona məşqdə ciddi xəsarət alıb. Ona fibulanın sınığı, həmçinin sol topuq oynağının deltoid bağının zədələnməsi diaqnozu qoyulub.
Futbolçu Qətərdə keçiriləcək dünya çempionatında Meksika yığmasının heyətində oynamayacaq. Onun 4-5 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.