Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA superkuboku uğrunda həlledici oyun keçirilib.

Offsideplus.az xəbər verir ki,  Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın "Real" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları qarşılaşlb. Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının, "Aytraxt" isə Avropa Liqasının son qalibidir.

10 avqust

UEFA Superkuboku

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0

Qollar: Alaba, 37, Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu