Ukrayna çempionatının yeni mövsümünün oyunları gizli oynanıla bilər.

Offsideplus.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi terror aktı təhlükəsi ilə əlaqədar oyunların başlanmasını və harada keçiriləcəyini açıqlamamağı xahiş edib. "Suallar çoxdur. İndi biz təqvimi tələb edə bilərik. Amma biz heç vaxt onunla tanışa ola bilməyəcəyik. Bəlkə də onu son anda görəcəyik" deyə jurnalist İqor Tsıqanik "YouTube" kanalında məlumat verib.

Ukrayna çempionatının yeni mövsümü avqustun 23-də start götürəcək.  

Ukrayna Premyer Liqasında geridə qalan mövsüm müharibə səbəbindən vaxtından əvvəl başa çatıb və ilk pillədə yer alan "Şaxtyor" qalib elan edilib.