“Şalke” klubu yarımmüdafiəçisi Viktor Palssonla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, İslandiyadan olan futbolçu ABŞ-ın “DS Yunayted” klubuna transfer olunub. 

 Amerikalılar Almaniya klubuna bu keçidə görə cəmi 500 min avro ödəyiblər. 

Ueyn Runinin bu yay baş məşqçi təyin olunduğu “DS Yunayted” yeni transferi ilə 2+1 illik müqavilə bağlayıb.