Qadın futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, filan matçında Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.

 "Uembli" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. 110-cu dəqiqədə daha bir qol vuran ingilislər 2:1 hesablı qələbə ilə tarixində ilk dəfə Avropa çempionu tituluna sahib olublar.