"Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi "Hapoel"in (Təl-Əviv) müdafiəçisi Doron Leydneri transfer edib. 20 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Keçidin maliyyə detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Doron Leydnerin adı bir ara "Beşiktaş"la hallanırdı. İsrail millisinin üzvü 2020-ci ildən çıxış etdiyi Təl-Əviv təmsilçisinin əsas komandasında 66 oyunda meydanda olub. O, yığmada isə 3 matç keçirib.