"Mançester Siti"nin qapıçısı Aryanet Muriç "Börnli"yə transfer olunub. 

 Offsideplus.az Çempionşip təmsilçisinin rəsmi saytına istinadən xəbə verir ki, klub kosovalı qolkiperlə 4 illik müqavilə imzalayıb. Bu transferə görə, "şəhərlilər"ə 2.9 milyon avro ödəniləcək.

Qeyd edək ki,  23 yaşlı futbolçu geridə qalan mövsümü Türkiyənin "Adana Demirspor" klubunda icarə əsasında keçirib. O, 32 oyunda Super Liqa təmsilçisinin qapısında dayanıb və 9 matçda qapısını toxunulmaz saxlaya bilib.