"Neftçi" ciddi itki ilə üzləşib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Sezar Meza Kolli məşq zamanı dizində yaranmış ağrılarla əlaqədar Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçib. Məlum olub ki, paraqvaylı futbolçu əməliyyat olunmalıdır. Meza Kolli bu səbəbdən vətəninə yollanıb.