“Qəbələ” klubunun keçmiş futbolçusu Ceyms Adeniyi karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci Liqa təmsilçisi “Tuzlaspor”la razılıq əldə edib.

29 yaşlı forvardla bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümlərində “Qəbələ”də çıxış edib.