Karyerasını başa vuran Brunu Alveş AEK-in idman direktoru təyin olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, Alveş futbolçu karyerasında 2004/2005 mövsümündə bu komandada çıxış edib. Portuqaliyalı sabiq müdafiəçinin son klubu Yunanıstanın “Apollon Smirnis”i olub.