Azərbaycan millisinin üzvü Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 37-ci tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda "Bandirmaspor"un qonağı olub. Matç meydan sahiblərinin 4:2 hesalı qələbəsi ilə başa çatıb. Namik Ələskərov start heyətdə meydana çıxıb və hesabda 2:3 geridə olduqları vaxt - 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 41 xalda qalan "Bursaspor"un yarışın bitməsinə 1 tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib. 

Beləliklə, "Bursaspor" növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.