Futbol üzrə Şotlandiya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu "Seltik"dir. Komanda pley-offda "Dandi Yunayted"lə heç-heçə edib - 1:1. Bu nəticədən sonra xalını 90-a yüksəldən "Seltik" yarışın bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib.

Beləliklə, komanda tarixində 52-ci dəfə ölkə çempionu adını qazanıb.