Futbol üzrə Qazaxıstan Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" doğma meydanda "Atırau" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Adı iştirak ərizəsinə daxil edilən 28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb. 

Hazırda "Turan" 7 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb, "Atırau" isə 11 xalla 7-cidir.