"Bu oyun haqda fikir bildirmək çox çətindir".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Kamal Bayramov səfərdə  "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, çox pis oyun keçirdiklərini bildirib:

"İstəməzdik belə bir şey baş versin. Mövsüm ərzində ən bərbad oyunumuzu keçirdik. Dünənin ab-havasından çıxmamışıq. Sizi inandırım ki, bu məğlubiyyətə görə səhərə kimi gözümə yuxu getməyib. Futbol üçün xoş sözlər deyə bilməyəcəyimiz nə varsa, o da oldu".

36 yaşlı qapıçı Sənan Qurbanovun istefa verməsi haqda da danışıb: 

"Bu oyunumuza görə baş məşqçi istefa verməli oldu. Sənan müəllim paltardəyişmə otağında bizimlə halallaşdı və ayrıldığını açıqladı. Ona da karyerasında uğurlar arzu edirəm".

Cavid Əliyev