Bu gün Türkiyənin "Qalatasaray" və Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında xeyriyyə oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, NEF stadionunda baş tutan görüşdə Ukrayna klubu 3:1 hesablı qələbə qazanıb.
Oyundan əvvəl Ukraynadakı müharibədə dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, bilet satışından əldə edilən pullar müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.