Niderland millsinin çalışdırıcısı Lui van Qal xərçəngə tutulub.
Offsideplius.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə 70 yaşlı mütəxəssis özü məlumat yayıb. Təcrübəli məşqçi prostat xərçəngi ilə mübarizə apardığını bildirib. O, futbolçularının xəstəliyi bilmədiyini və millinin toplanışı zamanı gecələr müalicə aldığını deyib.
Qeyd edək ki, Van Qal rəhbərliyi altında Niderland millisi DÇ-2022-yə vəsiqə qazanıb.