Türkiyənin 1-ci Liqasında 29-cu turun matçları keçirilir.
Offsideplus.az xəbər verir ki. Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keçiörengücü" ilə qarşılaşıb. Görüş "Keçiörengücü"nünün 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Namik Ələskərov bu oyunda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Vüsalın adı isə qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, "Bursaspor" yarışın turnir cədvəlində 28 xalla 18-ci, "Keşiörengücü" isə 38 xalla 9-cudur.