Futbol üzrə Malta yığması Azərbaycanla sabah keçiriləcək yoxlama oyuna itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, bunu komandanın baş məşqçi Devis Manqia oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

O, müdafiəçi Keyn Attardın zədəli olduğunu və yığmamızla yanaşı, Küveytlə matçı da buraxacağını bildirib.

Xatırladaq ki, Malta sabah Azərbaycan, martın 29-da Küveytlə qarşılaşacaq.