Beynəlxalq Dopinq Test-Agentliyi azərbaycanlı idmançı Nicat Rəhimovu yarışlardan kənarlaşdırıb.

 Offsideplus.az xəbər verir ki, 2016-ci ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının qalibi antidobinq qaydalarına riayət etmədiyinə görə 8 il bütün turnirlərdən uzaqlaşdırılıb. 

İdman Arbitraj Məhkəməsi tərəfindən onun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-nə kimi olan bütün nəticələri ləğv olunacaq.

Qeyd edək ki, Rəhimov 2014-cü ildə Qazaxıstan millisi təmsil etməyə başlayıb.