Avrokuboklarda uğurlu çıxış edən "Qarabağ" xarici menecerlərin də diqqətindədir.
Belə ki, məlumata görə, İtaliya nəhəngi "Yuventus"un 23 yaşlı hücumçusu Giacomo Vrioni menecerlər vasitəsilə Ağdam klubuna təklif olunub.
Məsələnin nə dərəcədə doğru olduğunu öyrənmək üçün "köhlən atlar"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Xeyr! Bizə belə bir futbolçu təklif olunmayıb. Bu xəbər həqiqəti əks etdirmir".
Qeyd edək ki, müqavilə əsasında Turin klubuna məxsus olan 23 yaşlı albaniyalı forvard hazırda Avstriya təmsilçisi "Tirol"da çıxış edir.
Xatırladaq ki, bu xəbəri "instaqram"da "90PlusBir" səhifəsi yayıb.
Cavid Əliyev