Mediada yer alan xəbərə görə, "Neftçi" 2 legioner qapıçı ilə maraqlanır. Bunlar Portuqaliyanın "Gimaraeş" klubunda çıxış edən Matuş Trmal və Albaniya təmsilçisi "Vlajniya"da forma geyinən Kristi Qarridir.
Məsələni aydınlaşdırmaq üçün "ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq;
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hər hansı bir qapıçı üçün rəsmi təklif göndərməmişik. Əgər kiminləsə də maraqlanırıqsa, mənim bu barədə məlumatım yoxdur".
Cavid Əliyev