Brazilya millisinin sabiq futbolçusu Vaqner Lav özünə yeni klub tapıb.
Offsideplus.az "Globo Esporte"yə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Danimarka təmsilçisi "Midtüllan"la anlaşıb. Oyunçu bazar ertəsi komandayla 6 aylıq müqavilə imzalayacaq.
Onun son klubu Qazaxıstanın "Kayrat" ( Almatı ) kollektivi olub.
Qeyd edək ki, Lav karyerası ərzində ÇSKA ( Moskva ), "Monako" və "Beşiktaş" kimi önəmli klubların şərəfini qoruyub. O, Brazilya millisinin heyətində də 25 matçda 9 qola imza atıb.