Qabon millisinin və "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqın səhhətində problem yaşanıb.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu Afrika kubokunda Qana seçməsi ilə matçdan əvvəl verdiyi COVİD-19 testi müsbət çıxıb.

Daha sonra edilən müayinə zamanı isə oyunçunun ürəyində də problem aşkarlanıb.

Qeyd edək ki, Obameyanq 2018-ci ilin yanvarından "Arsenal"da çıxış edir.