Polşa "Legiya"sı futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisinin rəsmi saytında yaydığı bəyanatda millimizin 24 yaşlı hücumçusunun müqavilə ilə adıçəkilən komandaya məxsus olduğu qeyd olunub:
"Nəzərinizə çatdırırıq ki,Mahir Emrelinin müqaviləsi var və o, klubun oyunçusudur. "Legiya" dəfələrlə futbolçunu kluba qayıtmağa və müqavilə üzrə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb və ona lazım olan bütün dəstəyi təklif edib. Klub Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub onların məxfiliyini və danışıqların yaxşı tərəflərini nəzərə alaraq, onların məzmununu və nəticələrini açıqlamayacaq".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən forvard komandanın təlim-məşq toplanışına qoşulmayıb.