Xəbər verdiyimiz kimi, "Neftçi"dən ayrılan Sabir Buqrin Tunisin "Esperans" klubuna keçib.

Mərakeşli yarımmüdafiəçinin satışından paytaxt klubunun nə qədər qazanc əldə etdiyi maraq doğrur. Yerli mediada yer alan məluma görə, tunislilər futbolçu üçün “ağ-qaralar”a 400 min avro ödəyib.

Məsələni aydınlaşdırmaq üçün "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Futbolçunu “Esperans”a satmışıq. Amma onların nə qədər ödəniş etdiyi kommersiya xarakterli məsələ olduğu üçün rəsmi məlumat verə bilmirik”.

CAHANDAR