Avropa çempionatının final mərhələsində millimizlə eyni qrupda yer alan Gürcüstan yığması təlim-məşq toplanışına başlayıb.

Offsideplus.az xəbər verir ki, komanda yanvarın 11-dən etibarən məşqlərini Tbilisdə davam etdirir. Hazırlıq çərçivəsində onlar 2 yoldaşlıq oyunu keçirəcək. Rəqibimiz yanvarın 15-də və 16-da, Tbilisi İdman Sarayında saat 18:00-da Tacikistan millisi ilə üz-üzə gələcək. Komanda Niderlanda yanvarın 19-da yollanacaq. Baş məşqçi Avtandil Asatiani toplanışa bu futzalçıları dəvət edib:

Qapıçılar: Zviad Kupatadze (Qazprom Yuqra, Rusiya), Aleksandr Jamburia (Telasi), Tornike Bukia (Kemi, Finlandiya)

Oyunçular: Çaquinha (Palma, İspaniya), Elisandro (Braqa, Portuqaliya), Bruno Petri Branko (Jaen, İspaniya), Thales Feito (Kandoso, Portuqaliya), Roninio (Halle-Qooik, Belçika), Villiam (Qazprom Yuqra, Rusiya ), İrakli Todua (Telasi), Şota Topuriya (Telasi), Arçil Sebiskveradze (Qomeli, Belarus), Nikoloz Kurtanidze (PSP), Giorgi Qavtadze (Sibir, Rusiya), Vaxtanq Jvaraşvili (Telasi), Nukri Çumburidze (Telasi), Vaxtanq Kekeliya (Sipari, Tacikistan)