Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv "Fənərbağça"nı çalışdıracağı barədə fikirlərini bildirib.

 Offsideplus.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 61 yaşlı mütəxəssis şərtlərinin qəbul edilməsi halında "sarı-lacivərtlilər"ə gələcəyini deyib:

"Təklifi qəbul etsəm, İstanbula dünya çempionu ünvanı ilə yollanacam. Bu, məni narahat edir, çünki indiyə kimi qazandığım adı itirə bilərəm. Şərtlərimi "Fənərbağça" rəhbərliyinə bildirmişəm. Amma ən böyük xəyalım İspaniyada işləməkdir.

Qeyd edək ki , Löv 2004/2021-ci illər aralığında Almaniya millisini çalışdırıb.