"Roma" "Tottenhem" forması geyinən Tanqi Ndombeleni heyətinə qatmaq istəyir.

 Offsideplus.az xəbər verir ki, "canavarlar" 25 yaşlı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçib.

Ndombelenin "mahmızlar"la 2025-ci ilə qədər sözləşməsi var.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm London klubuyla 14 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.