Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Şalke" səfərdə "Hamburq"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Ehtiyat oyunçular skamyasında Rüfət Dadaşov bu matçın iştirakçısı olmayıb. 

Qeyd edək ki, 18 turdan sonra 30 xalı olan "Şalke" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.