"Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev bir müddətlik sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki,  27 yaşlı qolkiperin hazırkı durumunu öyrənmək üçün Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə ilə ələqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Şahruddinin əvvəl əməliyyat olunmuş sağ qolunda problem var idi. Həkimlər təkrar əməliyyata ehtiyac  olacağını bildirdilər. Artıq Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub. Ən azı iki ay yarım komandaya qoşula bilməyəcək". 

Cavid Əliyev