"Milan"ın ulduz futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlaması ilə gündəmə gəlib.

 Offsideplus.az xəbər verir ki, 40 yaşlı isveçli oyunçu "CBS Sports"a  Mbappe və Haaland haqqında danışıb:

"Məncə, Mbappe Fenomen Ronaldonu xatırladır. Onun oyunu çox incədir".

 40 yaşlı futbolçu norveçli ulduz Haaland barədə də fikirlərini bölüşüb:

"Haaland hədəflərini fikirləşən bir oyunçudur. Daha çox şeylər etməlidir. O, yalnız qol vurmaq istəyir və bunu nə vaxt edəcəyini bilir".