Millimizin üzvü Mahir Emreli klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, hazırda Polşa "Legiya"sının şərəfini qoruyan 24 yaşlı hücumçuyla Macarıstanın "Fehervar" komandası yaxından maraqlanır. Həmin klub Emreli üçün qarşı tərəfə 2 milyon avro ödəmək niyyətindədir.
Bu barədə məlumatı Macarıstan mətbuatı yayıb.
Qeyd edək ki, "Fehervar" hazırda liqada 26 xalla 12 komanda arasında 4-cü pillədə qərarlaşıb.