"Qarabağ" klubunun yeni transferi Rüstəm Əhmədzadə Ukrayna "Minay"ının tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, yığmamızın 20 yaşlı hücumçusu Ujqorod təmsilçisindən xarici kluba satılan ilk oyunçu olub.

O, həmçinin "Minay"ın tarixində ilk tamhüquqlu transferdir.

Qeyd edək ki, "Qarabağ" R.Əhmədzadə ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.