Bildiyiniz kimi, ölkə kubokunun 1/8 final mərhələsində keçirilən  "Zaqatala" - "Səbail" ( 1:3 ) matçının ardından ev sahiblərinin rəsmi "instaqram" hesabının "hekayə" bölümündə "dənizçilər"in liberiyalı futbolçusu Camal Araqoya qarşı irqçilik edilib.

 

Bu barədə " Səbail"in mətbuat katibi Mehriban Mürsəlova ilə əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Zaqatala" bütün rəqiblərinə və futbola böyük hörmətlə yanaşır. Sadəcə, biz bunu uğursuz zarafat cəhdi kimi qiymətləndiririk. Bu məsələ ilə bağlı hansısa bir tədbir görülməyəcək".

Cavid Əliyev