PSJ-nin futbolçusu Mauro İkradi "Yuventus"a keçə bilər.

Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisində xoşbəxt olmayan 28 yaşlı argentinalı hücumçu Turin klubuna keçməyə müsbət baxır.

Hətta İkardinin həyat yoldaşı və meneceri Vanda Nara "qoca sinyora"nın rəhbərliyilə bu keçid haqda danışıqlar aparır.

Oyunçunun klubuyla hazırkı sözləşməsi 2024-cü ilin yazında başa çatır.

Qeyd edək ki, 2019-dan Paris klubunda çıxış edən oyunçu daha əvvəl A Seriyasında "Sampdoria" və "İnter"in şərəfini qoruyub.