"Azərkeşlərə bildirmək istəyirəm ki, İmarət stadionu  inşa olunacaq.  Amma Pənahəli xanın kompleksində yox, şəhərin digər geniş yerində olacaqdır".

Offsideplus.az  xəbər verir ki, bu barədə  Şuşa istisna olmaqla Qarabağ iqtisadi rayonu daxil olan digər işğaldan azad edilmiş bölgələrdəki Prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində deyib.
 
 O,  bu layihə üzrə işlərin getdiyini vurğulayıb: “Bura da tək futbola aid idman meydançaları deyil, digər idman yarışları üçün də şərait yaradılacaq. İdman təmayüllü və yay məktəbi üçün layihələr nəzərdə tutulub".