Millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" Polşa çempionatında növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Paytaxt təmsilçisi "Stal"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1  hesablı üstünlüyülə bitib.

Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Visla" 18 komanda arasında 3 xalla 17-cidir.