Futbol üzrə Almaniya yığmasının sabiq futbolçusu Horst Ekkel vəfat edib.
Offsideplus.az xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ekkel 1954-cü ildə İsveçrədəki dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi.