Gürcüstanın "Zestafoni” klubunun yaradıcısı və sahibi İlia Kokaya faciəvi şəkildə dünyasını dəyişib.
Offsideplus.az "newsgeorgia.ge"yə istinadən xəbər verir ki, 65 yaşlı iş adamı Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə çıxarkən yıxılaraq başından zədə alıb və hadisə yerindəcə keçinib.
Xatırladaq ki, “Zestafoni” klubu 2004-cü ildə İlia Kokaya tərəfindən yaradılıb. Onun rəhbərliyi dövründə komanda 2 dəfə Gürcüstan çempionu və 1 dəfə də ölkə Superkubokunun qalibi olmuşdur.