Futbol üzrə Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi “Tondela” bu mərhələdə doğma meydanda “Leyksoeş”lə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn komanda 1/8 finala adlayıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana daxil olub.