Kipr çempionatında növbəti turun matçları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu  Araz Abdullayevin formasını geyindiyi “Etnikos” səfərdə "Pafos"la üz-üzə gəlib. Həmyerlimizin  komandası bu qarşılaşmada da qələbəyə sevinə bilməyib – 0:3.

 

Adı çəkilən oyunçumuz bu oyunda 15 dəqiqə meydanda olub. 

Qeyd edək ki, “Etnikos” 10 turdan sonra əldə etdiyi 2 xalla 12 komanda arasında sonuncudur.