“Qarabağ” klubunun müdafiəçisi Marko Veşoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderland və Türkiyə ilə oyunlar üçün Monteneqro yığmasına dəvət olunub.

Offsideplus.az xəbər verir ki, Monteneqro seçməsi noyabrın 13-də Niderland, 16-da isə Türkiyə ilə qarşılaşacaq.

"Köhlən atlar"ın yarımmüdafiəçisi Patrik Andrade isə Kabo-Verde yığmasına çağırılıb. Onun komandası dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Mərkəzi Afrika Respublikası və 16-da Nigeriya ilə üzləşəcək.